Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Cavadi Amuli çıxışında Şaban ayının on beşinci gecəsinin Əhli-beytin (ə) nəzərində Qədr gecəsi kimi olduğuna toxunaraq bildirib: Allahın vəlisinin dünyaya gəlişi ilə insanlar ən üstün bərəkətlərdən faydalanırlar. Çünki o, yer üzünün xeyir və bərəkətdir. Yer üzündəki ən kamil insanın varlıq təsiri bütün aləmi və onun sakinlərini əhatə edərək hamını bu feyzdən bəhrələndirir. Zamanın vəlisi və dövrümüzün yer üzünün xeyri olan son ilahi höccət olan həzrət İmam Zaman (ə.f) hicri-qəməri 255-ci ildə Şaban ayının on beşinci gecəsinin sübh çağı dünyaya göz açmışdır. Bu mübarək gecə, o həzrətin mübarək doğumu ilə müşayiət olunduğuna görə, Qədr gecəsi olma ehtimalını da daşıyır. Necə ki, Qədr gecələrinə məxsus bəzi əməllərin bu gecədə yerinə yetirilməsi də tövsiyə edilmişdir.
Şaban ayının on beşinci gecəsi, fəzilət baxımından Qədr gecələrinə çox bənzəyən mübarək bir gecədir. Necə ki, Qədr gecələrinin üstünlüyü barədə buyurulmuşdur:
فإنّها لیلة آلی الله علی نفسه الا یردّ سائلاً له فیها ما لم یسأل معصیة."
“Həqiqətən, bu elə bir gecədir ki, Allah-Təala öz zatına vacib etmişdir ki, bu gecədə ondan günah istənilmədiyi müddətdə, heç bir dilək sahibini cavabsız qoymasın.”
İmam Sadiqdən (ə) nəql edilən başqa bir nurani kəlam da göstərir ki, Şaban ayının on beşinci gecəsi də öz məqam və fəzilətinə görə Qədr gecəsi kimidir və talelərin müəyyənləşdirilməsinin mərhələlərindən birini özündə cəmləyir. İmam Sadiq (ə), bu gecənin Qədr gecələri ilə bərabərliyini belə ifadə etmişdir:
انّها اللیلة التی جعلها الله لنا أهل البیت بإزاء ما جعل لیلة القدر لنبینا صلی الله علیه و آله و سلم"
“Bu, Allahın biz Əhli-beytə (ə) verdiyi gecədir. Necə ki, Qədr gecəsini Peyğəmbərimizə (s) bəxş etmişdir.”
Yəni Allah-Təala Qədr gecəsini Peyğəmbərə (s) lütf etdiyi kimi, Şaban ayının on beşinci gecəsini də Əhli-beytə (ə) əta etmişdir.
İmam Baqir (ə) Şaban ayının on beşinci gecəsinin fəziləti barədə verilən suala cavabında buyurmuşdur ki, Qədr gecəsindən sonra ən fəzilətli gecə Şaban ayının on beşinci gecəsidir. Allah-Təala bu gecədə öz lütfünü bəndələrinə bəxş edir, öz minnət və kərimi ilə onları bağışlayır. Buna görə də bu gecədə uca Allaha yaxınlaşmaq üçün səy göstərin. Çünki Allah-Təala öz zatına and içmişdir ki, bu gecədə ondan günah istənilmədiyi təqdirdə, heç bir dilək sahibini məhrum etməsin:
هی أفضل لیلة بعد لیلة القدر؛ فیها یمنح الله تعالی العباد فضله و یغفر لهم بمنّه. فاجتهدوا فی القربة إلی الله (تعالی) فیها، فإنّها لیلة آلی الله تعالی علی نفسه ألا یرد سائلاً له فیها، ما لم یسئل معصیة و... فاجتهدوا فی الدعاء و الثناء علی الله (عزّ وجلّ).
“O, Qədr gecəsindən sonra ən üstün gecədir. Bu gecədə Allah-Təala bəndələrinə öz fəzlini bəxş edir və öz kərimi ilə onları bağışlayır. Bu gecədə Allaha yaxınlaşmaq üçün səy göstərin. Çünki bu, Allahın öz zatına and içdiyi gecədir ki, günah istənilmədiyi müddətdə heç bir dilək sahibini cavabsız qoymasın… Elə isə dua etməyə və Allaha həmd-səna etməyə çalışın.”
Xəbərin sonu
Rəyiniz